METBUAT.AZ

Qarabağ

Bu şəxslərin işğaldan azad edilmiş ərazilərə səfərlərinə

23 Dekabr 2023 12:47

Azərbaycan hökuməti xarici ölkə vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə turist kimi səfər etməsinə icazə verib.

Metbuat.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Dövlət Turizm Agentliyinin birgə açıqlamasında bildirilir.

Məlumata görə, Bakı-Şuşa istiqamətinə qrup şəklində turist turlarında iştirak üçün xarici turistlər istənilən turizm şirkətinə müraciət edə bilərlər. Amma Suqovuşan istiqamətinə qrup səfərlərini Dövlət Turizm Reyestrində (data.tourism.gov.az) turoperator və turoperator-turagent kimi təsnif edilmiş turizm şirkətləri təşkil edəcək.


metbuat.az.