METBUAT.AZ

Dünya

Bütün qızıllarını falçıya verdi, geri istəyəndə gözlənilməz cavab aldı

4 Dekabr 2023 14:48

Rusiyada Omsk sakini instaqramda tanış olduğu cadugərə 6 kiloqram qızıl-zinət əşyasını verib.

Metbuat.az xəbər verir ki, Rosanna adlı falçı 40 yaşlı qadınla əlaqə saxlayaraq ona cadu edildiyini irəli sürüb. Cadugər bu tilsimin təmizlənməsi üçün qadından evdəki qızıllarını ona təhvil verməsini tələb edib. Rosanna adlı falçı iddia edib ki, evdəki qızıllar cadunun təmizlənməsinə mane olur. 40 yaşlı qadın falçının dediklərinə əməl edib. Omsk sakini evindəki qızıllar poçtla Moskva vilayətindəki Rozannaya göndərib.

Cadugər tilsimin təmziləndiyini deyəndən sonra Omsk sakini qızıllarını geri tələb edib. Falçı qızılın 1 kiloqramını geri qaytarıb, digərlərinin isə pulunu verəcəyini desə də, verməyib. Qadın qızıllarını geri almaq üçün polisə müraciət etsə də, polis bu məsələdə cinayət halının olmadığını irəli sürərək, müraciətə baxmayıb.


metbuat.az.