3 Dekabr 2023 04:02
Bir meyvə bütün cəbhələrdə mübarizə apara bilər.
Metbuat.az medicina.az-a istinadən xəbər verir ki, Avropalı alimlər Nutrients dərgisində elmi məqalədə hər dərdə dərman meyvəni açıqlayıblar.
Nar hazırda xronikləşən 3 əsas xəstəliyin dərmanı ola bilər: II tip diabet, piylənmə və metobolik sindrom. Çünki məhz bu xəstəlik buketi təzyiq, infarkt, insult və ürək-damar problemlərinə səbəb olur.
Nar maddələr mübadiləsi pozulması, qanda şəkərin artmasının qarşısını alır. Hətta diabet artıq olsa da xəstəliyi zəiflədir.
İkincisi o qanda yağ, xolesterin, lipidi salır, damar tıxanması və qan qatılaşmasının qarşısını alır
Nar polifenollarla zəngindir, o antioksidant təsiri ilə müalicə edir.
Gündə 50 ml nar şirəsi arterial təzyiqi salır.
Ona görə nar superfud hesab edilir”.