12 Dekabr 2023 00:34
Dekabrın 11-də xarici işlər naziri Ceyhun Bayramov Belçika Krallığına işgüzar səfəri çərçivəsində bir sıra media və aparıcı beyin mərkəzlərinin nümayəndələri ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Metbuat-a bildirilib ki, görüşdə müasir çağırışlar fonunda ölkəmizin yürütdüyü xarici siyasət prioritetləri, postmünaqişə dövründə mövcud regional vəziyyət, Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşma prosesi və regional əməkdaşlıq məsələləri müzakirə edilib.
Görüşdə, həmçinin nazir Ceyhun Bayramov tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.