METBUAT.AZ

Elm və Təhsil

DİM sədri təhsildə keyfiyyəti yüksəltməyin yollarını

15 Dekabr 2023 13:44

Müəllim hazırlığının keyfiyyətini yüksəltmədən, təhsilin məzmununu yeniləmədən, təlim metodlarını təkmilləşdirmədən, qabaqcıl beynəlxalq təcrübəni öyrənib tətbiq etmədən təhsil sahəsində inkişafa nail olmaq mümkün deyil.

Metbuat.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan müəllimlərinin XVI Qurultayında çıxışı zamanı deyib.

O hesab edir ki, bu kimi taleyüklü məsələlərin həlli təcrübəli müəllimlərlə yanaşı, gənc pedaqoji kadrların da öhdəsinə düşür:

"Bizim fəaliyyətimizin əsas istiqamətləri birbaşa müəllimlər ordusu ilə bağlıdır. Açıq tipli tapşırıqları yoxlayan markerlər həm öz fənlərini yüksək səviyyədə bilən, həm müasir təlim üsulları və metodologiyaları ilə tanış olan, həm də təşəbbüskar müəllimlərdir. Təəssüf ki, hazırda markerlərin sayı kifayət qədər olmadığına görə buraxılış imtahanlarının nəticələrinin yoxlanılması çox vaxt aparır. Fürsətdən istifadə edərək, öz biliyinə güvənən, yeni alətləri mənimsəməyə açıq olan müəllimlərimizi əməkdaşlığa dəvət edirəm".


metbuat.az.