METBUAT.AZ

İqtisadiyyat

Dollar bahalaşdı, lirə çökür

11 Dekabr 2023 14:31

Türk lirəsi dollar qarşısında yenidən ucuzlaşıb.

Metbuat.az xəbər verir ki, bir lirə 29 dollardan aşağı düşüb. Hərraclarda türk valyutası 1 dollar üçün 28,95 lirə səviyyəsində qiymətləndirilib. Minimum olaraq məzənnə bir dollar üçün 29,01 lirəyə düşüb.

Ekspertlər milli valyutanın ucuzlaşmasını hökumətin siyasəti ilə izah ediblər. Bildirilir ki, pul siyasətinin daim yumşaldılması valyutanın ucuzlaşmasına və inflyasiyanın sürətlənməsinə səbəb olub.

Qeyd edək ki, ötən ay Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini ardıcıl altıncı dəfə 35-dən 40-a qaldırıb. Yerli dairələr 2023-cü ilin sonuna qədər illik inflyasiyanın 65 faizə çatacağını, 2024-cü ildə 33 faizə, 2025-ci ildə isə 15 faizə düşəcəyini proqnozlaşdırıb.


metbuat.az.