19 Dekabr 2023 13:22
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova boşanmaların bir çoxunun ailədəki iqtisadi problemlərlə bağlı olduğunu bildirib.
Metbuat.az xəbər verir ki, o, Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı boşanmadan sonrakı müddətdə problemin daha da intensivləşdiyini söyləyib:
"Boşanmaların bir çoxu ailədəki iqtisadi problemlərlə bağlı olur. Boşanmadan sonrakı müddətdə problem daha da böyüyür. Ona görə də Aliment Fondunun yaradılması ilə bağlı tövsiyələr aidiyyəti üzrə təqdim olunub. Hesab edirəm ki, bu işdə dövlətin dəstəyi önəmlidir”.