METBUAT.AZ

İqtisadiyyat

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri

16 Dekabr 2023 15:28

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 14,6 % artaraq 10 milyard 115,5 milyon manat olub.

Bu barədə Metbuat.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 7 milyard 675,7 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,9 %-ini təşkil edib.

Bu ilin yanvar-noyabr aylarında hər bir ölkə sakini orta hesabla 996,4 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 188,8 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.


metbuat.az.