METBUAT.AZ

Siyasət

Ermənistan mina terroruna görə Azərbaycana

4 Dekabr 2023 11:37

“Ermənistan mina terroruna görə Azərbaycana təzminat ödəməlidir”.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva dekabrın 4-də Bakıda keçirilən “Azərbaycanda əlilliyi olan şəxslərin və mina qurbanlarının müdafiəsi" mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, tank və piyada əleyhinə minaların basdırılması müharibə cinayətidir: “Beynəlxalq təşkilatlar, məhkəmələr bu məsələyə dəstək göstərməlidir. Ermənistan mina terroru ilə bağlı bizə təzminat ödəməlidir”.

S.Əliyeva qeyd edib ki, minalar daha çox qəbiristanlıqlarda basdırılıb: “Çünki onlar bilirlər ki, qəbiristanlıqları ziyarət etmək bizim mentalitetdə var. Ona görə də ermənilər əsasən minaları o vaxt işğal etdiyi ərazilərdəki bizim vətəndaşlara məxsus evlərdə, qəbiristanlıqlarda basdırıblar”.


metbuat.az.