METBUAT.AZ

Ölkə

Ərzaqlıq kartof məhsulunda karantin tətbiq edilən orqanizm

12 Dekabr 2023 18:45

“Lars 77” MMC-nin müraciəti əsasında Belarus Respublikasından idxal olunan ərzaqlıq kartof məhsulundan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Bu barədə Metbuat.az-a Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Müayinələr nəticəsində ümumi çəkisi 20 min 980 kiloqram ərzaqlıq kartof məhsulu partiyasında karantin tətbiq edilən orqanizm - kartofun qonur çürüməsi, ümumi çəkisi 20 min 450 kiloqram ərzaqlıq kartof məhsulu partiyasında isə karantin tətbiq edilən orqanizm - kartof yumrularında halqavari bakterial çürümə aşkar edilib.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq istehlaka yararsız məhsulun gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul edilib.


metbuat.az.