29 Dekabr 2023 11:29
Yunanıstanın "Panatinaikos" komandası ilə sürpriz şəkildə müqavilə imzalayan baş məşqçi Fatih Terim yeni komandası ilə ilk məşqinə çıxıb.
Metbuat.az xəbər verir ki, Terim məşqdən əvvəl futbolçularla 10 dəqiqəlik çıxış edib. Bu zaman futbolçuların təcrübəli çalışdırıcını tam diqqətlə dinlədikləri müşahidə edilib.Klubun saytında yer alan məlumatda klub direktoru Yiannis Papadimitriou tərəfindən futbolçulara və klub işçilərinə təqdim edilən baş məşqçi Terimin futbolçuları ilə 10 dəqiqəlik söhbəti olub.