21 Dekabr 2023 13:14
Avropa Ədalət Məhkəməsi UEFA-nın futbol turnirlərinin təşkilində söz sahibi olmadığı ikə bağlı qərar verəcək.
Metbuat.az xəbər verir ki, Avropa Məhkəməsi qərara alıb ki, nə UEFA, nə də FİFA Avropa Superliqası kimi alternativ yarışlarda iştirak edən klublara sanksiya tətbiq edə bilər. Avropa İttifaqı Ədalət Məhkəməsi bunun UEFA və FİFA-nın hakimiyyətdən sui-istifadəsi olduğunu bəyan edib.
Qeyd edək ki, bununla da, qitə futbol qurumu Avropa Super Liqasının fəaliyyətinə mane ola bilməyəcək və bu turnir qanuni olaraq yaradılacaq.