METBUAT.AZ

Hadisə

Gəncədə avtomobil qadını vuraraq öldürdü

2 Dekabr 2023 21:54

Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində, 41 nömrəli məktəbin yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan avtomobil piyada - 1966-cı il təvəllüdlü Sədaqət Novruz qızı Həsənovanı vurub.

Nəticədə ağır xəsarətlər alan qadın ölüb.

Faktla bağlı araşdırma aparılır.


metbuat.az.