METBUAT.AZ

Ölkə

General Tofiq Bəhramovun nəvəsini rəis təyin etdi -

8 Dekabr 2023 15:56

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Poçt və Ekspres Daşımaları Gömrük Postuna rəis təyin edilib.

Metbuat.az Qayanrinfo-ya istinadən xəbər verir ki, komitənin sədri general-leytenant Şahin Bağırovun müvafiq əmri ilə bu vəzifəyə polkovnik-leytenant Bəhramov Tofiq Bəhmən oğlu gətirilib.

Qeyd edək ki, Tofiq Bəhramov əfsanəvi futbol hakimi Tofiq Bəhramovun nəvəsidir. 1993-cü ildə vəfatg edən Tofiq Bəhramov 1966-cı ildə keçirilən dünya çempionatında İngiltərə və Almaniya komandaları arasındakı final oyunu zamanı verdiyi qərarla bütün dünyada tanınıb. Hazırda Bakıda yerləşən Respubvlika Stadionu mərhum hakimin adını daşıyır.


metbuat.az.