14 Dekabr 2023 15:51
Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarının yekunlarına əsasən Ermənistanla sərhədlərin açılıb-açılmamasına qərar veriləcək.
Metbuat.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan dekabrın 14-də Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.
"Qeyd etdiyimiz kimi biz bu məsələ ilə əlaqədar Azərbaycana dəstək vermişik və verəcəyik", - o bildirib.