METBUAT.AZ

Hadisə

Hədə-qorxu ilə tələb etmədə ittiham olunan kanal rəhbəri

12 Dekabr 2023 14:00

Kanal-11 internet televiziyasının rəhbəri Teymur Kərimov polis əməkdaşları tərəfindən saxlanılıb.

Metbuat.az Apa-ya istinadən xəbər verir ki, dekabrın 11-də bir neçə vətəndaşdan daxil olan şikayət əsasında Teymur Kərimov barəsində Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə
maddəsi ilə cinayət işi qaldırılıb. Hazırda istintaq hərəkətləri aparılır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı faktı təsdiqləyib.


metbuat.az.