METBUAT.AZ

Gündəm

Həkimdən ​Aparıcı Səfərovanın fikirlərinə

3 Dekabr 2023 00:34

Aparıcı Aytən Səfərovanın peyvəndlə bağlı çıxışına tanınmış həkim pediatr Aytən İsmayılzadə cavab verib.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, o, öz övladına da dövlət xəstəxanasında peyvənd etdirdiyini bildirib:

“Hindistan peyvəndi zəncəfil və darçın deyil. Ümumdünya Səhiyyə Təşkilatının təsdiq etdiyi peyvənddir. Anam 30 ildən çox peyvəndləmə sahəsində epidemioloq həkim işləyib. Ölkədə peyvənd səbəbindən nə epidemiya olub, nə başqa xəstəliklər. Yəni peyvəndlər pis olsaydı peyvəndin qoruduğu xəstəliklər yayılardı. Əksinə peyvəndsizlik hesabına xəstəliklər yayılır. Hər ölən yaxud fəsad qazanan uşağın günahı bu cür peyvənd pisləyənlərin boynuna yazılır.

Aytən Səfərova səhv danışır. Jurnalist olasan bilməyəsən ki, peyvəndləmə ölkəmizdə məcburi deyil, könüllüdür. Hər kəsdən də xahiş edirəm onun videolarını mənə atıb rəy istəməyin. Mən onun səsini açmaq belə istəmirəm. Adam sadə insanlardan hər cahillik gözləyər. Beləsi də çıxıb bilib bilmədən danışanda əsəbiləşirəm. Bunun kimilərin hesabınadır ki, ölkədə qızılcadan ölən uşaqlar var”.


metbuat.az.