METBUAT.AZ

Dünya

HƏMAS lideri atəşkəsi müzakirə etmək üçün Qahirəyə səfər etdi

21 Dekabr 2023 11:29

HƏMAS lideri İsmayıl Haniyə Qəzzada atəşkəsin tətbiq edilməsinə dair danışıqlar üçün Misirə gedib.

Metbuat.az xəbər verir ki, Misir rəsmiləri ilə görüşən HƏMAS-ın Siyasi Bürosunun sədri İsmayıl Haniyə atəşkəsi və əsir mübadiləsini müzakirə edib. Qeyd edək ki, bundan əvvəl HƏMAS-ın Siyasi Bürosunun üzvü Usamə Həmdan atəşkəslə bağlı bəyanat verib. O, İsrailin hücumları bitənə qədər danışıqlar aparmayacaqlarını bildirib. HƏMAS nümayəndəsi "Davam edən hücumlar əsirlərin azad edilməsinə mane olur. Əgər onların geri qaytarılmasını istəyirsənsə, Netanyahuya izah etməlisən ki, bizim müqavimət gücümüz bitməyəcək" deyə bildirib.

İsrail mətbuatının məlumatına görə, Təl-Əviv administrasiyası HƏMAS-ın 40 girovu azad etməsi müqabilində azı bir həftə humanitar fasilə verilməsini təklif edib. HƏMAS-ın 128 girov saxladığı güman edilir.


metbuat.az.