METBUAT.AZ

Gündəm

HƏMAS şərtini açıqladı

18 Dekabr 2023 11:07

HƏMAS İsraillə əsir mübadiləsi üçün şərtini açıqlayıb.

Metbuat.az xəbər verir ki, HƏMAS bəyan edib ki, İsrail ordusu Qəzza zolağından çəkilmədən və hərtərəfli atəşkəs əldə olunmadan İsraillə əsir mübadiləsi razılaşmasından danışmaq mümkün deyil. Bu barədə açıqlama verən HƏMAS-ın Livandakı nümayəndəsi Halil əl-Hayye Əl-Cəzirə televiziyasına açıqlamasında bildirib ki, HƏMAS hərtərəfli atəşkəs və İsrailin bütün qüvvələrinin Qəzzadan çıxarılmasını tələb edir. Sonra məhbuslar məsələsini müzakirə etmək olar.

“Torpaqlarımız azad olunmayana qədər xalqımızı müdafiə etməkdən əl çəkməyəcəyik. Sizi əmin edirik ki, müqavimət gücümüz var və qərarlıyıq. Xalqımız heç vaxt təslimiyyət bayrağını qaldırmayacaq, öz torpaqlarında qalacaq və müqaviməti dəstəkləyəcək. Qəzza, İordan çayının qərb sahili və bütün Fələstin birdir və onların idarəçiliyinə xalqımız qərar verir” - Halil əl-Hayye deyib.


metbuat.az.