METBUAT.AZ

Dünya

İclasda nazirlər mübahisə etdi -

20 Dekabr 2023 12:24

İsraildə Nazirlər Kabinetinin iclasında xaos yaşanıb.

Metbuat.az xəbər verir ki, İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir ilə Baş Qərargah rəisi Herzi Halevi arasında mübahisə baş verib. Məlumata görə, mübahisə işğal altındakı İordan çayının qərb sahilində bir əsgərin məscidi zəbt etməsi və səsgücləndiricilərdən yəhudi duaları oxuması ilə bağlı yaşanıb. Mübahisə edən nazirləri və hərbi rəsmiləri İsrailin baş naziri Benyamin Netanyahu ayırıb. İsrailin Kanal 12 televiziyasında yayımlanan xəbərə görə, Ben-Qvir də daxil olmaqla bəzi nazirlər Cenindəki məscidin səsgücləndiricilərindən yəhudi duasını oxuyan əsgərin "əməliyyat fəaliyyətindən" uzaqlaşdırılmasına qarşı çıxıb.


metbuat.az.