12 Dekabr 2023 21:03
Kanal-11 internet televiziyasının rəhbəri Teymur Kərimov polis əməkdaşları tərəfindən saxlanılıb.
Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, dekabrın 11-də bir neçə vətəndaşdan daxil olan şikayət əsasında Teymur Kərimov barəsində Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq hərəkətləri aparılır.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumatı təsdiq ediblər.
***
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Teymur Kerimov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.