METBUAT.AZ

İdman

Keçmiş prezidentin qurduğu klubu dayandıra bilmirlər -

6 Dekabr 2023 16:18

Türkmənistanın keçmiş prezidenti Qurbanqulu Berdiməhəmmədovun qurduğu “Arkadağ” futbol komandasının uğurları ölkədə müzakirələrə səbəb olub.

Metbuat.az xəbər verir ki, “Arkadağ” Türkmənistan Yuxarı Liqasında ilk mövsümündə bütün matçlarında qalib gələrək çempion olub. Bildirilir ki, yeni qurulan klub ölkənin aparıcı futbolçularını transfer edib. Rəqib klubun azarkeşləri hakimlərin də “Arkadağ”ın lehinə qərarlar verdiyini irəli sürüblər. “Arkadağ”ın xal itirmədən çempionluğa yüksəlməsi rəqib komandanın azarkeşlərinin etirazına səbəb olub.

Qeyd edək ki, 2006-2022-ci illərdə ölkəyə rəhbərlik etmiş Qurbanqulu Berdiməhəmmədov ötən il prezident postunu oğlu Serdar Berdiməhəmmədova həvalə edib.


metbuat.az.