METBUAT.AZ

İdman

“Liverpul”un skautu “Qarabağ”ın oyununu izləyib -

15 Dekabr 2023 15:51

İngiltərənin “Liverpul” klubunun skautu “Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində İsveç təmsilçisi “Hakken”lə oyunu üçün Bakıda olub.

Metbuat.az-ın “expressen.se” saytına istinadən məlumatına görə, Premyer Liqa komandası “Hakken”in futbolçusu Mamadu Sonkonu canlı izləmək məqsədilə bu addımı atıb.

Start heyətində meydana çıxan 18 yaşlı vinger 82-ci dəqiqədə zədələnərək əvəzlənib. İspaniyanın “Barselona” və Almaniyanın “Leyptsiq” klubları da Sonkonun keçidində maraqlıdırlar. “Hakken” rəhbərliyi gənc oyunçusunun satışından minimum 9 milyon avro qazanc götürməyi planlaşdırır.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə “Hakken”i 2:1 hesabı ilə məğlub edən “Qarabağ” 10 xalla H qrupunda ikinci yeri tutaraq pley-offa yüksəlib. İsveç təmsilçisi isə hesabına xal yazdıra bilməyib.


metbuat.az.