22 Dekabr 2023 10:52
İordan çayının qərb sahilində sülhü təhdid edən qeyri-qanuni yəhudi işğalçılarını cəzalandırmağın vaxtı çatıb.
Metbuat.az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron belə deyib. Makron İordaniyaya səfəri çərçivəsində bölgədə yerləşən fransız əsgərləri ilə görüşdüyü hərbi bazadakı çıxışında İsrailin hücumlarının davam etdiyi Qəzza və İordan çayının qərb sahilindəki vəziyyəti müzakirə edib. Bölgənin sabitliyinin təhdid altında olduğunu bildirən Makron, “Qəzzada baş verən humanitar faciəni unutmuram” deyib. O bildirib ki, Qəzzada atəşkəs üzərində işləmək lazımdır.