METBUAT.AZ

İdman

Mbappe qərarını verdi -

29 Dekabr 2023 12:43

PSJ-nin futbolçusu Kilian Mbappe klubla başa çatan müqaviləsinin müddətini uzatmayacaq.

Metbuat.az "El Chiringuito" nəşrinə istinadən xəbər verir ki, 25 yaşlı hücumçu İspaniya təmsilçisi "Real"a transferini nəzərdən keçirir. 2024-cü ilin əvvəlində tərəflər arasında razılıq əldə oluna bilər.

Qeyd edək ki, Mbappe cari mövsüm Paris klubunun heyətində bütün turnirlərdə 22 oyun keçirib, 21 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun PSJ ilə müqavilə müddəti yayda başa çatacaq.


metbuat.az.