METBUAT.AZ

Şou-Biznes

Məşhur aktyorun səhhəti pisləşdi, xəstəxanaya yerləşdirildi -

8 Dekabr 2023 11:57

Aktyor və müğənni Sərxan Kərəmoğlu səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib.

Metbuat.az Publika.az-a istinadla xəbər verir ki, bununla bağlı sənətçi sosial şəbəkə hesabında paylaşdığı videoaçıqlamada bildirib.

Sərxan virusa yoluxduğunu və özünü piss hiss etdiyini vurğulayıb:

Çox pis virus yayılıb. Bu xəstəlik yalnız qızılça deyil. 3 gündür ki, canımla əlləşirəm. Səhhətimlə bağlı müəyyən şübhələrim vardı. Həkimlər məni o şübhələrimdən uzaqlaşdırdı. Mənə 3 gündür ki, müxtəlif “sistemlər” köçürülür. Bu müalicə isə mütləq şəkildə həkim nəzarətində olmalıdır. Əgər xəstələnmisinizsə, ağzınıza gələn müalicələr etməyin. Həkim nəzarətində olmalısınız. O bilməlidir ki, hansı mayə sizin orqanizminizə yeridilməlidir”.



metbuat.az.