METBUAT.AZ

İdman

Messi “ilin idmançısı” kateqoriyasında ikinci oldu

22 Dekabr 2023 15:02

Argentina millisinin və ABŞ-nin “İnter Mayami” klubunun futbolçusu Lionel Messi “ilin idmançısı” kateqoriyasında ikinci yeri tutub.

Metbuat.az məlumatına görə, o, “Associated Press” agentliyi tərəfindən aparılan sorğunun nəticəsində serbiyalı tennisçi Novak Cokoviçlə ikinci pilləni bölüşdürüb.

İlin idmançısı adına isə hamıdan çox səs toplayan yaponiyalı beysbolçu Syoxey Otani layiq görülüb. O, son üç ildə ikinci dəfə bu titula yiyələnib.

ABŞ-nin “Denver Niggets” klubunun və Serbiya millisinin basketbolçusu Nikola Yokiç dördüncü olub.


metbuat.az.