METBUAT.AZ

Şou-Biznes

Meyxanaçıya qarşı dələduzluq -

19 Dekabr 2023 17:28

Meyxanaçı Pərviz Bülbülənin adından saxtakarlığa yol verilib.

Metbuat.az "Ölkə.az"a istinadən bildirir ki, bu barədə meyxanaçı özü İnstaqram səhifəsində məlumat verib. O qeyd edib ki, "Facebook" sosial şəbəkəsində adına saxta səhifələr açılaraq siyasi mövzularda təbliğat aparılır:

"Mənim "Facebook" sosial şəbəkəsində səhifəm yoxdur. Orda adıma saxta hesablar açılaraq, siyasi mövzularda statuslar yazırlar. O mən deyiləm, orada yazılanlara inanmayın, hamısı saxtakar adamlardır. Bunu bilin! Mən siyasi mövzulara qarışmıram. "Facebook" istifadəçisi də deyiləm".


metbuat.az.