21 Dekabr 2023 12:27
Bu gün “Azərbaycan-Türkiyə İnvestisiya Forumu”nda iştirak edən iqtisadiyyat naziri Mikayıl Cabbarov diqqət çəkib.
Metbuat.az bakupost.az-a istinadən xəbər verir ki, forumda iştirak edən nazirin qolunun bandajda olduğu görünüb.
Görünür, nazrin qolu ya qırılıb, ya da ağır zədə alıb.
Qeyd edək ki, bu gün Bakıda “Azərbaycan-Türkiyə İnvestisiya Forumu” işinə başlayıb.
Türkiyənin Ticarət naziri Ömer Bolat, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkiyə PA-nın Maliyyə Ofisinin rəhbəri Göksel Aşanın iştirakı ilə keçirilən forum Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi -TÜİB-in birgə təşkilatçılığı ilə baş tutub.
Türkiyə ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığı daha da gücləndirmək məqsədi daşıyan bu tədbir regional inkişafa mühüm töhfələr vermək məqsədi daşıyır. Forumda iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı strateji məsələlər müzakirə olunacaq. Eyni zamanda, iki ölkə arasında güclü iqtisadi əlaqə yaratmaq üçün atılacaq addımlarla yanaşı, potensial investisiya imkanları da müzakirə olunacaq.