25 Dekabr 2023 17:30
Milli Məclis dünya azərbaycanlılarına müraciət edəcək.
Metbuat.az xəbər verir ki, bununla bağlı 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Milli Məclisin müraciətinin təsdiq edilməsi haqqında qərar layihəsi qanunverici orqanın dekabrın 30-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Deputatlar toplantı zamanı qərar layihəsinə münasibətlərini bildirəcəklər.