METBUAT.AZ

Siyasət

"Milli təhlükəsizlik haqqında" qanuna dəyişiklik

22 Dekabr 2023 13:22

Dəniz ətraf mühitinin təhlükəli miqyaslarda çirklənməsi Azərbaycanın milli təhlükəsizliyinə təhdid hesab olunacaq.

Metbuat.az xəbər verir ki, bununla bağlı "Milli təhlükəsizlik haqqında" qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında III oxunuşda müzakirəyə çıxarılıb.

Belə ki, Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan "Milli təhlükəsizlik haqqında" qanuna dəyişiklik layihəsində müvafiq müddəanın dəqiqləşdirilməsi nəzərdə tutulur. Belə ki, "Dəniz nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1462 nömrəli Fərmanı ilə dəniz nəqliyyatı sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi tapşırılıb.

Sözügedən sahədəki müvafiq normativ hüquqi aktların təkmilləşdirilməsi çərçivəsində "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çerçivə Konvensiyasında dəniz ətraf mühiti" ifadəsinin işlənildiyi nəzərə alınaraq, "Milli təhlükəsizlik haqqında" qanuna dəyişiklik edilməsinə zərurət yaranıb.

Müzakirələrdən sonra dəyişiklik layihəsi III oxunuşda qəbul edilib.


metbuat.az.