METBUAT.AZ

Sağlamlıq

Min bir dərdə dərman kinkanın

8 Dekabr 2023 04:02

Kinkan çox faydalı meyvədir. Bu meyvə geniş profilaktik və müalicəvi xüsusiyyətlərə malikdir.

Metbuat.az saglamolun.az-a istinadən kinkanın faydalarını təqdim edir:

- vitamin və minerallarla olduqca zəngindir, soyuq fəsillərdə orqanizmi lazım olan maddələrlə təmin edir

- iltihabları azaldır

- orqanizmə virus və göbələkəleyhinə təsir edir

- immuniteti möhkəmləndirir, orqanizmin viruslara və mikroblara qarşı davamlılığını artırır

- sinir sisteminə müsbət təsir edir - sakitləşdirir, əhval-ruhiyyəni yaxşılaşdırır, gərginliyi və stresi azaldır

- qanda xolesterinin səviyyəsini aşağı salır, ürəyi və damarları möhkəmləndirir.

Kinkandan çox faydalı dəmləmə hazırlamaq olar. 7 dənə kinkan xırda doğranır, termosda 1/2 l qaynar suda dəmlənir. 2 saatdan sonra dəmləmə süzülür və gün ərzində ilıq halda içilir. Qəbul etdikdən əvvəl 1 fincan dəmləməyə 1 çay qaşığı bal və bıçağın ucunda üyüdülmüş zəncəfil əlavə edilir. Belə dəmləməni hər gün içmək olar.


metbuat.az.