METBUAT.AZ

İdman

"Monako" “Aston Villa”, “Nyukasl”... -

15 Dekabr 2023 21:16

Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda ötən gün "Hekken"ə qalib gələn (2:1) "Qarabağ" UEFA reytinqdə 2 pillə irəliləyib.

Metbuat.az xəbər verir ki, Ağdam təmsilçisi 61-ci yerdən 59-cu pilləyə yüksəlib.

Ağdam klubu “Fiorentina” ilə birlikdə bu yeri bölüşür..

"Qarabağ"ın hazırda 31.000 xal var ki, bunun da 9.000-ni bu mövsüm əldə edilib. "Qalatasaray"dan 1 pillə geridə olan Azərbaycan təmsilçisi “Lester”, "Monako" “Aston Villa”, “Nyukasl”, “Volfsburq”, "Borussiya” (Münhenqladbax), “Valensiya” kimi klubları qabaqlayır.

Qeyd edək ki, UEFA reytinqinə 141 000 xalla “Mançester Siti” başçılıq edir.


metbuat.az.