5 Dekabr 2023 12:12
Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşü keçirilir.
Metbuat.az Apa-ya istinadən xəbər verir ki, görüşdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iştirak edir. Qeyd edək ki, Rusiyanın XİN başçısı Sergey Lavrovun sədrliyi keçirilən Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşündə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu, Türkmənistanın XİN başçısı Rəşid Meredov iştirak edirlər. Tərəflər Xəzəryanı əməkdaşlığın inkişafına yönəlmiş qarşılıqlı maraq doğuran məsələləri müzakirə edəcəklər. Tədbir çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrovun həmkarları ilə ikitərəfli görüşləri gözlənilir.