METBUAT.AZ

Siyasət

Müdafiə Nazirliyinə 2 milyon manat ayrıldı -

14 Dekabr 2023 14:32

Hərbi kolleclərin fəaliyyətinin təşkili üçün Müdafiə Nazirliyinə 2 milyon manat ayrılıb.

Metbuat.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı "Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında" Fərmanında əksini tapıb.

Fərmana əsasən, hərbi kolleclərin fəaliyyətinin təşkili və zəruri infrastrukturun yaradılması məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Müdafiə Nazirliyinə ilkin olaraq 2 milyon manat məbləğində vəsait ayrılır.


metbuat.az.