19 Dekabr 2023 16:54
Bu il dekabrın 1-nə Naxçıvan Muxtar Respublikasında aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 19 % çox - 14 931 olub.
Bu barədə Metbuat.az-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 29,2 % artaraq 443-ə, aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 19 % artaraq 5 306-ya çatıb.