4 Dekabr 2023 15:26
Noyabr ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə ilə bağlı 107 nəfər qəbul edilib.
Bu barədə Metbuat.az-a KTM-dən məlumat verilib. Bildirilir ki, onlardan 38-i kişi, 54-ü qadın, 15-i isə uşaq olub.Qəbul olunan xəstələrdən 55-i dərmandan, 23-ü sirkə turşusundan, 9-u etanoldan, 7-si dəm qazından zəhərlənib. 7 nəfər allergik reaksiya, 2 nəfər botulizm, 1 nəfər anafilaksiya səbəbindən xəstəxanaya yerləşdirilib.H əmçinin 2 nəfəri ilan, 1 nəfəri həşərat sancıb. Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 4-ü dünyasını dəyişib. Onlardan 3-ü kişi, 1-i qadın olub.