METBUAT.AZ

Gündəm

Ölkəyə gələn pulların həcmi azalıb

26 Dekabr 2023 16:02

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda banklara sürətli pulköçürmə sistemləri vasitəsilə 2 milyard 267,4 milyon manat vəsait daxil olub. Azərbaycanda banklardan xaricə göndərilən vəsaitin həcmi isə 564,8 milyon manata bərabər olub.

Metbuat.az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.

Bildirilib ki, ötən ilin yanvar-noyabr aylarına nisbətən sürətli pulköçürmə sistemləri vasitəsi ilə banklara daxil olan vəsaitin həcmi 58% və ya 3 milyard 131,4 milyon manat, banklardan xaricə köçürmələr isə 38,2% və ya 349,7 milyon manat azalıb.

Qeyd edək ki, ötən ilin ilk 11 ayında Azərbaycanda banklara sürətli pulköçürmə sistemləri vasitəsi ilə 5 milyard 398,8 milyon manat daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 914,5 milyon manat təşkil edib.


metbuat.az.