26 Dekabr 2023 11:31
Bu il ərzində Azərbaycanda 21 azyaşlı yol qəzasının qurbanı olub.
Metbuat.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib.
Qeyd edilib ki, cari ilin 11 ayı ərzində, yol qəzalarında istər piyada, istərsə də sərnişin qismində yaşı 7-yə qədər olan 21 uşaq dünyasını dəyişib, 40 uşaq isə xəsarət alıb.
İdarədən bildirilib ki, yol-nəqliyyat hadisələrində uşaqların və yeniyetmələrin dünyasını dəyişməsi ciddi narahatlıq doğurur:
“Bütün hərəkət iştirakçılarını, xüsusən sürücüləri yollarda uşaq və yeniyetmələrə qarşı diqqətli olmağa çağırır, valideynlərdən isə uşaqları yollarda nəzarətsiz buraxmamalarını xahiş edirik”.