METBUAT.AZ

Dünya

​Pakistanda Yeni il şənlikləri qadağan edildi

29 Dekabr 2023 14:49

Pakistanda Fələstinə dəstək məqsədilə Yeni il şənlikləri qadağan edilib.

Metbuat.az xəbər verir ki, Pakistanda müvəqqəti hökumətin baş naziri Ənvarul Hak Kakar Fələstin xalqı ilə həmrəy olaraq ölkədə Yeni il şənliklərini qadağan edildiyini açıqlayıb. Pakistan Radiosunda yayımlanan xəbərə görə, Kakar bu barədə Pakistanda Yeni il şənlikləri ilə bağlı yayımladığı mesajında qeyd edib. Fələstin xalqı ilə həmrəy olduqlarını bildirən hökumət başçısı, sakinləri yeni ili sadə formada qarşılamağa çağırıb.

Onun sözlərinə görə, ölkədən bütün Yeni il şənliklərinin keçirilməsi qadağan edilib. Kakar əlavə edib ki, Pakistan Fələstinə humanitar yardımlar göndərib.


metbuat.az.