METBUAT.AZ

Hadisə

Paytaxtda çoxmərtəbəli yaşayış binasında

26 Dekabr 2023 09:05

Bakı şəhərinin Xətai rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, rayonda çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 80 m² olan 2 otaqlı mənzilin eyvanında 3 m² sahədə ev əşyaları yanıb, yüksək temperaturdan 1 ədəd plastikdən ibarət qapı və 1 ədəd pəncərə qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


metbuat.az.