19 Dekabr 2023 09:00
Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində tıxac yaranıb.
Metbuat.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda:
1. Binəqədi şosesi, "Azadlıq Prospekti" metrostansiyası istiqamətində;
2. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
3. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
4. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;
5. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
6. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
7. "20 Yanvar" dairəsində;
8. Niyazi küçəsi, Azneft dairəsi istiqamətində;
9. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində sıxlıq müşahidə olunur.