METBUAT.AZ

Ölkə

Penitensiar xidmətin Seçki Qərargahı və

22 Dekabr 2023 16:22

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Seçki Qərargahı və komissiyası yaradılıb.

Bu barədə Metbuat.az-a qurumdan məlumat verilib.

Bildirilib ki, bu gün Penitensiar xidmətdə növbədənkənar Prezident seçkiləri ilə bağlı ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidovun sədrliyi ilə müşavirə keçirilib.

Müşavirədə qarşıdan gələn növbədənkənar Azərbaycan Prezidenti seçkilərinin dövlətimiz və xalqımız üçün əhəmiyyətindən danışılıb, işğaldan azad edilmiş ərazilər əhatə olunmaqla Respublikamızın bütün suveren sərhədləri daxilində baş tutacağı xüsusilə vurğulanıb. Seçkinin qanunvericiliyin tələblərinə tam uyğun və bütün müəssisələrdə təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təşkili məqsədilə tapşırıq və tövsiyyələr verilib.

Nazir müavini Penitensiar xidmətin tabe qurumlarında saxlanılan azadlıqdan məhrum edilmiş məhkumların və həbs edilmiş şəxslərin, eləcə də Mühafizə alayında müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların seçki qanunvericiliyinə uyğun hüququnun təmin edilməsi, seçkilərə hazırlıq, seçki məntəqələrinin yaradılması və seçici siyahısının hazırlanması məqsədilə Penitensiar xidmətin Seçki Qərargahının və Seçki Komissiyasının yaradıldığını bildirib.

Əməkdaşların da seçkilərdə iştirakının vacibliyini qeyd edib.


metbuat.az.