METBUAT.AZ

Siyasət

Prezident seçkiləri ilə bağlı Polşada yaşayan Azərbaycan vətəndaşlarına

21 Dekabr 2023 14:27

Azərbaycanın Polşadakı səfirliyi bu ölkədə daimi yaşayan və (və ya) müvəqqəti olan, yaxud uzunmüddətli xarici ezamiyyətdə olan 18 yaşını tamamlamış Azərbaycan vətəndaşlarına 2024-cü il fevralın 7-də baş tutacaq Prezident seçkiləri ilə əlaqədar müraciət ünvanlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.

Bildirilib ki, seçkilərdə iştirak etmək məqsədilə 18 yaşını tamamlamış aktiv seçici hüququna malik Azərbaycan vətəndaşlarının adı seçicilər siyahısına daxil edilməlidir.

Polșada yaşayan bütün Azərbaycan vətəndaşlarından seçicilər siyahısında qeydiyyata alınmaları üçün așağıda qeyd olunan məlumatları qeydiyyat_warsaw@mission.mfa.gov.az elektron poçt ünvanına göndərmələri xahiş olunub:

1. Soyadı, adı, atasının adı

2. Doğulduğu il, ay və gün.

3. Daimi və ya müvəqqəti yașadığı və ya olduğu yerin ünvanı.

Bu il dekabrın 26-dək məlumatları göndərməyən vətəndaşların adlarının seçicilər siyahısına daxil edilməsi mümkün olmayacaq.


metbuat.az.