METBUAT.AZ

Ölkə

Profilaktik qeydiyyatda olan şəxslər artıq müşahidəyə götürülüb -

20 Dekabr 2023 13:02

Azərbaycanda seçkilərin keçirilməsi üçün ictimai asayişin təmin edilməsi istiqamətində lazımi tədbirlər həyata keçirilir.

Metbuat.az xəbər verir ki, bunu daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

O qeyd edib ki, seçkilərin keçirilməsinə mane olmaq istəyən qüvvələrin qarşısını almaq üçün zəruri tədbirlər görülür.

“İnzibati ərazilərədə və səsvermə günü seçki məntəqələrinin ətrafında vəziyyətə nəzarət ediləcək. Dairə və seçki məntəqələrinin mühafizəsi üçün müvafiq işlər görülür”, - deyə nazir müavini bildirib.

Onun sözlərinə görə, profilaktik qeydiyyatda olan şəxslər artıq müşahidəyə götürülüb:

“Qanunsuz silahların yığılması istiqamətində də tədbirlər həyata keçirilir”, - deyə o əlavə edib.


metbuat.az.