METBUAT.AZ

Ölkə

Psixoloq

26 Dekabr 2023 12:36

Hazırda ölkədə bu xaos təkcə psixologiya sahəsində deyil, demək olar bütün sahələri əhatə edir.

Çünki son zamanlarda yağışdan sonra çıxan göbələklər kimi marketoloqlar, targetoloqlar meydana çıxdı və insanları irəli çəkmək üçün onlara xüsusi texnikalar, fəaliyyət növləri öyrətməyə başladılar. Psixoloqlara bu istiqaməti aşılayan məhz marketoloqlardır, onlara təklif edirlər ki, mən sizin biznesinizi irəli çəkə bilərəm. Ona görə psixoloqlar da bu cür fəaliyyət göstərməyə başlayıblar. Amma məncə bu müvəqqətidir, bir dalğadır, istiqamətini həqiqətən düzgün götürənlər sona qalacaqlar. Hazırda bir şou var və bu şou bir müddət çəkəcək, qısa müddət qalacaqlar gündəmdə.

Ona görə son zamanlarda bu qalmaqallı açıqlamalar verilir, kimsə kiməsə söz atır və s. Əvvəllər bunu biz sadəcə şou-biznesdə görərdik, o da marketinq məqsədli idi. Psixoloqların qalmaqallı açıqlamalarını da bununla bağlamaq olar.

İnsanlar psixoloqun hansının savadlı, hansının savadsız olduğunu təyin etməlidilər. Bir mütəxəssisə müraciət edən zaman məlumat almalıyıq ki, onun neçə il stajı var, harada təcrübə keçib və s. Biz insanları nə qədər maarifləndirməyə çalışsaq da, bu onların öz marağında deyilsə, buna göz yumacaqlar. Yaxşı mütəxəssis tapmaq insanların öz marağında olmalıdır.

Elə psixoloqlar var ki, gözəl savadı var, amma yalnız nəzəriyyə ilə bitir savadı. Praktik təcrübəsi yoxdur və ya bildiklərini tətbiq etməkdə çətinlik çəkirlər.


metbuat.az.