15 Dekabr 2023 15:17
Xəbər verdiyimiz kimi Rusiya Prezidenti Vladimir Putinin Moskvada keçirilən illik mətbuat konfransı 4 saat davam edib.
Metbuat.az xəbər verir ki, Vladimir Putin daxili və xarici siyasətlə bağlı 2 milyon 800 mindən çox sualdan 80-ni cavablandırıb. Ünvanlanan suallar ekranda nümayiş olunub. Senzuradan keçən bəzi suallar izləyiciləri təəccübləndirib. Həmin suallardan bəzilərini təqdim edirik?
- Niyə sizin reallığınız bizim reallığımıza uyğun gəlmir?
- Nə vaxta qədər inflyasiya faizi ilə manipulyasiya etməyə davam edəcəksiniz?
- Salam, birinci kanalda danışılan Rusiyaya necə köçə bilərəm?
- Sizdən sonra prezident kim olacaq?
- Yevgeni Priqojini (təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan muzdlu “Vaqner”in lideri) Rusiyanın və Donbassın qəhrəmanı kimi görürsünüzmü?
- Cənab prezident, Rusiya nə vaxt televiziyada təqdim edilən Rusiya kimi olacaq?
- Rusiyada hakimiyyət seçki yolu ilə nə vaxt dəyişəcək?
- Xahiş edirəm, seçkiləri ləğv edin! Biz sizə güvənirik! Gəlin bu pulu xüsusi hərbi əməliyyata xərcləyək!
- Abort qadağan edilə bilməz! “Atalardan” aliment almaq mümkün deyil. Dövlətdən verilən iki qəpiklə uşaq böyütmək olmaz.
- Vladimir Vladimiroviç! Mənə deyin, nə vaxt daha yaxşı yaşamağa başlayacağıq?