METBUAT.AZ

Hadisə

Qadın tanışı tərəfindən bıçaqlandı

12 Dekabr 2023 22:15

Dekabrın 12-də saat 20 radələrində Abşeron rayonu Fatmayı kəndində 1994-cü il təvəllüdlü Rəhimova Arzu Hacıağa qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının tanışı, 1961-ci il təvəllüdlü Quliyev Eynulla Bəhlul oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.


metbuat.az.