METBUAT.AZ

İdman

"Qalatasaray" - "Fənərbağça" matçı ləğv edildi

29 Dekabr 2023 21:52

"Qalatasaray" və "Fənərbağça" komandaları arasında oynanılması planlaşdırılan Türkiyə Superkuboku ləğv edilib.

Metbuat.az xəbər verir ki, bu barədə "NTV Spor" məlumat yayıb.

Hər iki komanda Səudiyyə Ərəbistanındakı görüşdə stadiona getməyiblər.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlamalı idi.


metbuat.az.