15 Dekabr 2023 20:28
"Qarabağ"ın üzvü Andrey Lunyov UEFA Avropa Liqasının qrup mərhələsində ən çox qurtarış edən qapıçılardandır.
Metbuat.az-ın məlumatına görə, 32 yaşlı qolkiper 5 qarşılaşmada 23 seyvlə yadda qalıb.
Rusiyalı futbolçu bu göstəriciyə görə üçüncü pillədə qərarlaşıb.
Kipr təmsilçisi "Aris"in braziliyalı qapıçısı Vana (30) liderdir. Polşanın "Rakuv" klubundan Vladan Kovaçeviç (27) ikinci sıradadır.
Qeyd edək ki, "Qarabağ" qrup mərhələsinin VI turunda Bakıda İsveçin "Hakken" klubunu 2:1 hesabı ilə məğlub edərək, tarixində ilk dəfə bu turnirin pley-offuna vəsiqə qazanıb.